İxvanül-Müslimin üzvlərinə həbs hökmü verilib
Mart 30, 2017 11:19 Asia/Baku
-
İxvanül-Müslimin üzvlərinə həbs hökmü verilib
Misirin İxvanül-Müslimin rəhbərinin müavini və bu qrupun üzvlərindən 15 nəfəri 3 ildən 15 ilədək həbs və ömürlük həbs cəzasına məhkum ediliblər.
Əl-Yəumossabe internet portalının verdiyi məlumata görə, Misirin cinayət məhkəməsi dünən axşam Əşşater övladları adlanan cinayət işi ilə əlaqədar hökmləri oxuyub və İxvanül-Müsliminin sədr müavini Xeyrət Əşşatir digər iki üzv ilə birlikdə 15 il müddətində azadlıqdan məhrum ediliblər.
Misirin cinayət məhkəməsi həmçinin İxvanül-Müsliminin 5 üzvünə ömürlük həbs, 3 üzvünə 10 il həbs cəzası verib.
Bu hökm ABŞ dövlətinin İxvanül-Müsliminin adını terrorçu qruplar siyahısına daxil etməkdən vaz keçməsindən bir gün sonra verilib.