Mart 31, 2017 13:32 Asia/Baku
  • Əlvifaq cəmiyyəti Bəhreyndə müxaliflər üçün edam hökmlərinin çıxarılmasına reaksiya verib
    Əlvifaq cəmiyyəti Bəhreyndə müxaliflər üçün edam hökmlərinin çıxarılmasına reaksiya verib

Bəhreyndə Milli Əlvifaq islami cəmiyyəti Ali-Xəlifə rejimi tərəfindən müxalif gənclər üçün uzunmüddətli həbslər və edam hökmlərinin çıxarılmasını pisləyib.

Fars xəbər agentliyinin məlumatına görə, Bəhreyndə Əlvifaq cəmiyyəti bir bəyanatda səkkiz nəfər üçün vətəndaşlığın ləğv edilməsi, həmçinin iki polisin qətlə yetirilməsi kimi saxta ittihamla bəhreynli müxaliflər Muhəmməd İbrahim Tuq və Muhəmməd Rəzi Əbdullah üçün edam hökmlərinin çıxarılmasını xalqın tələbləri yolundakı dinc hərəkətdən intiqam almaq hesab edibdir.

Bəhreyndə Milli Əlvifaq islami cəmiyyəti bu cəmiyyətin tanınmış ruhanilərindən olan Şeyx Həsən İsanın mühakiməsini onun Bəhreyn ictimaiyyətindəki yeri, rolu, təfəkkür tərzi və siyasi keçmişindən intiqam almaq kimi qiymətləndirib və bildirib ki, Bəhreyndə 2011-ci il inqilabından öncə keçirilmiş son qanuni seçkilərdə 93% miqdarında olan ən çox səs toplamış Şeyx Həsən İsa insan haqları əsaslarına riayət, insan başıucalığı, sosial ədalət və demokratik dəyişikliklərin tələb olunmasının izlənilməsinə israr edir.

Teqlər