Apr 02, 2017 10:31 Asia/Baku
  • Bəhreyn rejiminə amerikan silahların satışına tənqidlər

ABŞ hökumətinin Bəhreynə 19 ədəd F-16 qırıcısı satmaq qərarı insan haqlarını müdafiə qruplarının etirazları ilə üzləşib.

"Bahreyn Mirror" adlı online qəzet dünən "Human Rights First" təşkilatının direktoru Brayan Daliyə istinadla yazıb: Amerikanın, hazırda siyasi fəallara divan tutmaqla məşğul olan Bəhreyn hökumətinə modern silahlar satmağa çalışması Amerika və Bəhreyn xalqı üçün pis bir razılaşma sayılır.

Dali əlavə edib: Bu silah razılaşması dəqiqən Bəhreyn diktaturasına yanlış bir siqnal göndərir. O da bundan ibarətdir ki, siyasi müxaliflərlə rəhmsizcəsinə rəftar tərzi bir yana qalsın, bu rejim daha çox və modern silahlara malik olmuş olur.

O, deyib: Ağ Ev Bəhreyndə siyasi repressiyanı cilovlamaq üçün addım atmalıdır. Belə ki, bu gedişat nəinki əxlaqi cəhətdən qəbuledilməzdir, həm də təhlükəli olaraq, bu ölkədə səbatsızlığı genişləndirir.

Belə bir halda, "Human Rights First" təşkilatı Ağ Evdən və ABŞ konqresindən istəyibdir ki, Bəhreyndə insan haqlarının tanınmış müdafiəçiləri- Nəbil Rəcəb və Əbdulhadi Əlxəvacə kimi siyasi müxalifləri azadlığa buraxması və məqsədyönlü siyasi müzakirələrlə razılaşması üçün Manama rejimini təzyiq altda qoysunlar.

Digər tərəfdən, Vaşinqtonda insan haqları gözətçisi qrupunun direktoru Sara Marqon da ABŞ konqresindən istəyibdir ki, bu silah sövdələşməsinin qarşısını alsın.

Ali-Xəlifə rejimi 2011-ci ildən başlayaraq, Ərəbistan qüvvələrinin köməyi ilə Bəhreyndə dinc etirazları yatırıbdır.

Teqlər