Ərəbistan regionda gərginliyin əsas amilidir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i264382-Ərəbistan_regionda_gərginliyin_əsas_amilidir
İnsan haqları üzrə təşkilat və şəxsiyyətlər Ərəbistanı regionda gərginliyin əsas amili adlandırıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 02, 2017 16:34 Asia/Baku
  • Ərəbistan regionda gərginliyin əsas amilidir

İnsan haqları üzrə təşkilat və şəxsiyyətlər Ərəbistanı regionda gərginliyin əsas amili adlandırıblar.

Press TV-nin məlumatına görə, insan haqları sahəsində fəaliyyət göstərən təşkilatlar və Ərəbistanın regiondakı siyasətlərini tənqid edənlər Londonda keçirilən birgünlük bir iclasda Ərəbistanın Yaxın Şərqdəki gərginliklərdəki rolunu araşdırıblar.

İnsan haqları fəallarından və qeyd olunan iclasın iştirakçılarından olan Stefan Bill deyib ki, Ərəbistanın regiondakı hərəkətləri tamamilə mənfi olub və bu durum Yəməndə özünü göstərir.

"Müharibənin dayandırılması" adlı koalisiyanın üzvlərindən olan Lindzi German da deyib: Dünya ölkələri arasında İngiltərənin ən yaxın müttəfiqi Ərəbistandır ki, insan haqları, qadın hüquqları və demokratiyaya heç bir hörmət bəsləmir.

İclasın təşkilatçıları və iştirakçıları dünya ictimaiyyətindən istəyiblər ki, Ərəbistanı regiondakı hərəkətləri qarşısında cavabdeh olmağa vadar etsinlər.

Ərəbistan 2015-ci ilin martından ABŞ-ın dəstəyilə Yəmənə basqın etdi ki, bu ölkənin istefa vermiş prezidenti Əbd Rəbbuh Mənsur Hadini hakimiyyətə qaytarmış olsun. Ərəbistanın Yəmənə qarşı hücumları nəticəsində on bir mindən çox insan həlak olub, azı üç milyon nəfər didərgin düşüb, həmçinin bu ölkənin infrastruktur təsisatlarına böyük xəsarətlər dəyibdir.