Apr 03, 2017 14:19 Asia/Baku
  • Şeyx Əli Salmanın həbs qərarı ləğv olundu

Bəhreynin Ali Məhkəməsi Əl-Vifaq Cəmiyyətinin baş katibinin həbs qərarını ləğv edib.

İRİB-in məlumatına görə, Bəhreynin Ali Məhkəməsi Əl-Vifaq Cəmiyyətinin baş katibi Şeyx Əli Salmanın 9 il azadlıqdan məhrum edilməsi qərarını ləğv edib.

Şeyx Əli Salman 2015-ci il iyun ayında 4 il azadlıqdan məhrum edilmişdi. Lakin ötən il may ayının 30-da Apelyasiya məhkəməsi onun 9 il azadlıqdan məhrum edilməsinə qərar verdi.

Bəhreynin Ədliyyə Nazirliyi də 14 iyun 2016-cı ildə Əl-Vifaq Cəmiyyətinin fəaliyyətini dayandırdı. Ardınca isə Ali Məhkəmə 17 iyulda Ali-Xəlifə rejiminin ən böyük müxalifət birliyini ləğv etdi və onun əmlakının müsadirə edilməsinə qərar verdi.

Bəhreyn vətəndaşları Şeyx Əli Salmanın azad edilməsinə dəstək üzrə dəfələrlə aksiyalar keçirmişlər.

Başqa bir məlumata görə, Bəhreyn İnsan Haqları Mərkəzi Twitter ictimai şəbəkəsində 19 ədəd F-16 qırıcı təyyarəsinin Ali-Xəlifə rejiminə satılmasına dair ABŞ prezidenti Donald Trampın qərarını pisləyib və Trampın qeyri-qanuni hərəkətini rədd etmək üçün ictimai hərəkat yaradıb.

ABŞ Bəhreyndə 5-ci hərbi dəniz donanmasını yerləşdirməklə bu ölkə ilə hərbi əlaqələrini genişləndirib.

Ali-Xəlifə rejimi 2011-ci ildən Səudiyyə Ərəbistanının köməyi ilə Bəhreyndə ictimai dinc etirazları repressiya edir.

Teqlər