Apr 03, 2017 17:39 Asia/Baku
  • İngilis hərbçilərin Suriyada qeyri-qanuni iştirakı

İngiltərənin xüsusi hərbçiləri Suriya böhranının əvvəlindən indiyə qədər ilk dəfə olaraq bu ölkə ərazisində hərbi əməliyyatda iştirak etmək məqsədilə qeyri-qanuni şəkildə Suriyaya daxil olublar.

Əl-Məyadin televiziyasının məlumatına görə, İngiltərənin xüsusi hərbçiləri Suriya Demokratik Qüvvələrlə birlikdə Marinz adlanan təcavüzkar ABŞ qüvvələrinin kənarında Suriya ərazisində əməliyyatda Fərat su bəndi və əl-Təbəqə hava bazasının nəzarətini ələ keçiriblər.

İngiltərə dairələrinin bildirdiyinə görə, İngiltərə Hərbi Hava Qüvvələri ilk dəfə olaraq Riqqə yaxınlığında İŞİD terrorçularının ön cəbhəsini bir neçə dəfə havadan atəşə tutublar. Suriya dairələri indiyə qədər İngiltərə hərbçilərinin Suriyaya girişini təsdiqləməyiblər.

İdlibin on kilometr şimalında yerləşən Fuə və Kəfərya şəhərcikləri 28 mart 2015-ci ildən İdlib şəhərinin süqutundan sonra tam şəkildə terrorçuların mühasirəsinə düşüb və o zamandan gündəlik şəkildə terrorçuların minaatanlarla hücumlarına məruz qalır.

Teqlər