Apr 04, 2017 11:06 Asia/Baku
  • İslam İnqilabının Böyük Rəhbəri; İslamın həqiqi bərpaçısı

Livan Hizbullahının baş katib müavini İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xameneini müasir dövrün misilsiz rəhbəri və İslamın həqiqi bərpaçısı adlandırıb.

Şeyx Nəim Qasım bazar ertəsi günü Livanın Ələhd informasiya portalına verdiyi müsahibədə İslam İnqilabının Böyük Rəhbərinin şəxsiyyəti barədə deyib: O həzrət hazırkı dövrdə əsil İslam təfəkkürü ilə bağlı ən dolğun, ən güclü və ən yüksək analitik təhlillərə malikdir. 

Livan Hizbullahı baş katibinin müavini əlavə edib: Həzrət Ayətullahülüzma Xamenei Fələstinin işğalçı İsrail rejimi ilə mübarizəsini İslam Dünyasının başlıca prioriteti hesab edirlər. 

Şeyx Nəim Qasım İslam İnqilabının Böyük Rəhbərinin Livan Hizbullahını İslam hərəkatları üçün bir nümunə adlandırdıqlarına işarə edərək, deyib: O həzrət daim ərəb və müsəlman xalqların birliyi və vəhdəti yolunda hərəkət edir. 

Livan Hizbullahının baş katibinin müavini həmçinin deyib: Həzrət Ayətullahülüzma Xamenei İslam Dünyasında yeganə liderdir ki, yumuşaq müharibə və onun nəhs məqsədləri barədə xəbərdarlıq edib və o həzrətin sözlərindəki mühüm məqam, yumuşaq müharibənin əsgərləri sayılan tələbələr vasitəsi ilə bu sahədə mübarizənin mümkün olduğunu bəyan etməsidir. 

Teqlər