İŞİD Mosulun qərbində nakam qaldı
İraqın könüllü xalq qüvvələri olan Həşdüşşəbi bazar ertəsi günü axşam İŞİD terrorçularının Mosulun qərbində, Təl-Əbtənin cənubunda yerləşən Əlhəcəf kəndinin ələ keçirilməsi üzrə səyini nakam qoyub.
Əl-Aləmin verdiyi məlumata görə, Həşdüşşəbi qüvvələri Təl-Əbtənin cənubunda baş tutan bu əməliyyat zamanı İŞİD terrorçularının hücumunu önləyərək,onların hamısını məhv ediblər.
Mosulun azad edilməsi əməliyyatının mərkəzi qərargahının sözçüsü də bazar ertəsi günü bir bəyanat yayaraq, Mosulun qərb hissəsinin 60%-nin azad edilməsindən xəbər verib və deyib: İŞİD terrorçuları Mosulun qərbində mühasirəyə düşüblər.
Bu arada İraq türkmənlərinin bu ölkə parlamentindəki nümayəndəsi Casim Məhəmməd Cəfər Kərkük vilayət şurasında olan kürdlərin daha 2 yeni məsələni iş gündəminə daxil etmək niyyətində olduqlarından xəbər verib və deyib: Birincisi onlar İraq Parlamentinin Kərkükdə kürd bayrağının dövlət binaları üzərindən endirilməsi ilə müxalifət etmək, ikincisi isə Kərkük vilayətində referendum keçirmək istəyirlər.