Apr 06, 2017 14:46 Asia/Baku
  • Bəşar Əsəd İran, Rusiya və Livan Hizbullahına təşəkkür edib
    Bəşar Əsəd İran, Rusiya və Livan Hizbullahına təşəkkür edib

Suriya prezidenti İran, Rusiya və Livan Hizbullahının Suriya ordusuna dəstəklərinə toxunaraq deyib: Qərb dövlətləri heç vaxt Suriyada terrorizm ilə müharibə aparmadılar və terrorçuların himayədarları olaraq qalırlar.

Suriya prezidenti Bəşar Əsəd Xarvatiyada çıxan Vesrenci List qəzetinə verdiyi müsahibədə deyib: Suriya ordusu xalqın, İran İslam Respublikasının, Livan Hizbullahının və Rusiyanın dəstəyi ilə terrorçulara qarşı nailiyyətlərə imza atdı və Suriya ordusu və dövləti bütün Suriya xalqını təmsil etməsəydi Suriya xalqından belə bir vahid təsvir yaranmazdı. 

Suriya prezidenti deyib: Bəzi Avropa dövlətləri terrorçulara geniş dəstək verirlər, onlar Suriyaya minlərlə terrorçu göndərdilər, amma bu mərhələdə Avropa özünü mühafizə etmək istəyirsə terrorçulara dəstəyə son qoymalıdır. 

Bəşar Əsəd Suriyanın böyük əksəriyyətinin ölkənin parçalanmasına yol açdığına görə federallaşmaqla razılaşmadığını bildirərək deyib: Bu gün ötən illərlə müqayisədə müharibəyə son qoyulmasına daha böyük ümidlər müşahidə olunur. 

Teqlər