Qüdsdə sionistləri daşıyan avtobusa atəş açılıb
Ramullahda bir fələstinli gəncin şəhid olması ardınca,Fələstin müqavimətinin mübarizləri Beytül-Müqəddəsdə sionistləri daşıyan bir avtobusu atəşə tutublar.
Fələstin İnformasiya Mərkəzinin məlumatına görə, Vadi Ərəbə bölgəsində baş verən insidentdə sionist hərbçilər hadisə yerini mühasirəyə alıb və axtarış aparmağa başlayıblar.
Məlumatlara görə, bu hadisədə tələfat olmayıb. Lakin avtobusa çoxlu xəsarət dəyib. Hələlik hadisə ilə əlaqədar təfərrüatlı məlumat verilməyib.
Ötən gün bir fələstinli gəncin idarə etdiyi avtomobil yoldan çıxıb, Ramullahda Ofra sionist qəsəbəsi yaxınlığında sionist hərbçiləri tapdalayıb. Nəticədə bir sionist ölüb və iki hərbçi yaralanıb.
Məlumatlı mənbələrin bildirdiyinə görə, sionist hərbçilər bu fələstinli gəncə atəş açaraq onu şəhid ediblər.
2015-ci il oktyabr ayında sionist hərbçilər və qəsəbə sakinlərinin Fələstinin islam müqəddəsləri, o cümlədən əl-Əqsa məscidinə təcavüzünün artmasına etiraz əlaməti olaraq formalaşan Qüds İntifazəsində indiyə qədər 300-dən çox fələstinli şəhid olub.
Fələstin vətəndaşları sionist qəsəbə sakinlərinin əl-Əqsa məscidinə davamlı basqınları ilə mübarizə aparmaq məqsədilə müxtəlif metodlarla sionistlərin təxribatçı hərəkətlərinə mane olmağa çalışırlar.