Bəşşar Əsədin ofisi ABŞ-ın Suriyaya raket hücumu haqda bəyanat verib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i264868-bəşşar_Əsədin_ofisi_abŞ_ın_suriyaya_raket_hücumu_haqda_bəyanat_verib
Suriya prezidentinin ofisi ABŞ-ın Homsda əl-Şəirat hərbi hava bazasına raket hücumunu axmaq hərəkət və Birləşmiş Ştatların siyasi və hərbi dardüşüncəliyindən qaynaqlandığını bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 07, 2017 13:06 Asia/Baku
  • Bəşşar Əsədin ofisi ABŞ-ın Suriyaya raket hücumu haqda bəyanat verib
    Bəşşar Əsədin ofisi ABŞ-ın Suriyaya raket hücumu haqda bəyanat verib

Suriya prezidentinin ofisi ABŞ-ın Homsda əl-Şəirat hərbi hava bazasına raket hücumunu axmaq hərəkət və Birləşmiş Ştatların siyasi və hərbi dardüşüncəliyindən qaynaqlandığını bildirib.

İRİB-in məlumatına görə, Suriya prezidenti Bəşşar Əsədin ofisi bir bəyanatda ABŞ-ın Suriyaya raket hücumunu ədalətsiz və açıq-aşkar təcavüz adlandırıb: ABŞ-ın illüziya və yalançı təbliğatdan sadəlövhlüklə təsir alan davranışı səbəb oldu ki, bu ölkənin siyasi quruluşu belə axmaq siyasi və hərbi qışqırığa üz tutsun.

Bəyanatda bildirilir: ABŞ-ın müstəqil ölkənin aeroportunu hədəf alan təhrikedici hərəkəti bir daha Suriyanın qətiyyətli mövqeyinə açıq-aşkar sübutdur. Hansı ki, ABŞ-da müxtəlif hökumətlərin iqtidara gəlməsi ölkələrə hücum və həmin ölkələrin xalqlarına nəzarət etmək üçün cəhdlərini dəyişdirmir.