Apr 07, 2017 19:25 Asia/Baku
  • Bəhreyn vətəndaşları Şeyx İsa Qasimə dəstək aksiyası keçirib
    Bəhreyn vətəndaşları Şeyx İsa Qasimə dəstək aksiyası keçirib

Bəhreynin müxtəlif bölgələrinin sakinləri tanınmış nüfuzlu ruhani Şeyx İsa Qasimə dəstək aksiyası keçiriblər.

Fars Xəbər Agentliyinin məlumatına görə, Bəhreyn vətəndaşları Ali-Xəlifə rejiminin hərəkətlərinə etirazların davamında, bu ölkənin müxtəlif şəhərləri, o cümlədən Əd-Duraz, Ən-Nəvidərat, əl-Cəfirum, əl-Məamir, Sətrə, Sar, Demestanum və əl-Sənabəsdə Şeyx İsa Qasimə dəstək aksiyası təşkil ediblər.

Aksiyaçılar həmçinin həlak olan bəhreynlilərə dəstəklərini bildiriblər.

Bəhreyn rejimi 2016-cı il iyun ayında tanınmış ruhani Şeyx İsa Qasimin vətəndaşlığını ləğv edib. Bu hərəkət Bəhreyn və dünyada sərt təpkilərə gətirib çıxarıb.

Sətrə şəhərində də bəhreynli gənclər iki gənc əleyhinə verilən edam qərarını pisləmək istiqamətində aksiya keçiriblər. Bəhreyn Təhlükəsizlik Qüvvələri etirazçılara hücum və gözyaşadrıcı qazlardan istifadə ediblər.

Bəhreyn 14 fevral 2011-ci ildən Ali-Xəlifə rejimi əleyhinə xalq qiyamının şahididir. Bəhreynlilər azadlıq, ədalətin bərqərar olunması, ayrı-seçkiliyin aradan qaldırılması və seçilmiş quruluşun iqtidara gəlməsini istəyir.

Teqlər