Suriyalı qırıcılar Əlşuəyrat bazasından uçuşları bərpa ediblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i264962-suriyalı_qırıcılar_Əlşuəyrat_bazasından_uçuşları_bərpa_ediblər
Amerikanın Suriyanın Hums şəhərində yerləşən Şuəyrat hava bazasına qarşı raket hücumundan bir gün sonra bu ölkənin qırıcıları həmin hava bazasından uçuşları və əməliyyat keçirməyi bərpa ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 08, 2017 05:58 Asia/Baku
  • Suriyalı qırıcılar Əlşuəyrat bazasından uçuşları bərpa ediblər
    Suriyalı qırıcılar Əlşuəyrat bazasından uçuşları bərpa ediblər

Amerikanın Suriyanın Hums şəhərində yerləşən Şuəyrat hava bazasına qarşı raket hücumundan bir gün sonra bu ölkənin qırıcıları həmin hava bazasından uçuşları və əməliyyat keçirməyi bərpa ediblər.

Fars xəbər agentliyinin Röyters-ə istinadlı məlumatına görə, Suriya hökumətilə müxalif olanların tabeliyində olan Suriya insan haqları gözətçisi təşkilatı bildiribdir ki, bu ölkə qırıcıları Amerikanın Şuəyrat hava bazasına qarşı raket hücumundan sonra bir daha bu bazadan havaya qalxaraq, İŞİD terrorçularının Tədmur şəhəri ətrafındakı mövqelərini bombalayıblar.

Suriyalı fəalların bildirdiklərinə görə, hava bazasına dəymiş xəsarətlərin həcmi aydın deyil, amma təyyarələrin bir daha bu bazadan havaya qalxa bilmələri göstərir ki, onlar mümkün olmayan bir işi görüblər.

Amerika cümə günü səhər tezdən ötən çərşənbə axşamı günü Suriyanın İdlib vilayətinə qarşı şübhəli kimyəvi hücum bəhanəsilə Aralıq dənizində yerləşən iki hərbi gəmisindən 59 raketi Suriyanın Hums şəhərində yerləşən Şuəyrat hava bazasına atıbdır ki, nəticədə dörd uşaq daxil olmaqla doqquz sivil həlak olub, yeddi nəfər də yaralanıbdır.