Apr 09, 2017 20:19 Asia/Baku
  • Müqavimət raketləri işğal olunmuş ərazilərə atılmağa hazırdır
    Müqavimət raketləri işğal olunmuş ərazilərə atılmağa hazırdır

Qüds batalyonlarının tanınmış bir komandiri bildirib ki, müqavimət sionist rejimin hər cür təcavüzü ilə mübarizə üçün yüzlərlə raketi birlikdə işğal olunmuş ərazilərə doğru atmağa hazırdır.

Xalid Mənsur Fars xəbər agentliyi ilə müsahibədə vurğulayıb: Müqavimət sionist rejimin Qəzzəyə qarşı 2014-cü il təcavüzündən sonra öz qüdrəti və strukturunu misli görünməmiş qısa bi zamanda bərpa etdi və bu gün öz hərbi təchizatlarını genişləndirməklə İsrail rejimini çaş-baş salıbdır.

Mənsur söyləyib: Fələstin müqavimət qüvvələri strategiya əsasında hərəkət edirlər ki, ona əsasən, Qəzzə zolağının mühasirəsinə rəğmən, Fələstin xalqının yüksək maraqları təmin edilmiş olsun.

Fələstin İslami Cihad Təşkilatının hərbi qolunun bu komandiri əlavə edib: Fələstinli mübarizlər əsla işğalçı rejim başçılarının təhdidlərindən və anti-müqavimət medialarının müqavimət əleyhinə son təbliğatlarından qorxmurlar.

Teqlər