Apr 11, 2017 09:20 Asia/Baku
  • Kərkükdə kürd fitnəsi böyüyür
    Kərkükdə kürd fitnəsi böyüyür

Türkmənlərin İraq parlamentindəki millət vəkili Kərkük icra başçısının kənarlaşdırılması və Kərkük vilayət şurasının buraxılması üçün millət vəkilləri arasında imza toplama kampaniyasının başladılmasından xəbər verib.

İraq parlamentinin türkmən millət vəkili Niyazi Memaroğlu "Süməriyə Nyus" informasiya agentliyinə verdiyi müsahibədə deyib: Kərkük vilayətində Kürdüstan bayrağının dalğalandırılmasına və Kərkük vilayət şurasının müstəqilliklə bağlı qərarına etiraz olaraq, Kərkük icra başçısının kənarlaşdırılması və Kərkük vilayət şurasının buraxılması məqsədi ilə müxtəlif partiyalardan olan 200-dən çox millət vəkilinin imzası toplanılıb və gələn həftə bu imzalar parlamentin rəyasət heyətinə təqdim ediləcək. 

İraq parlamentinin türkmən millət vəkili həmçinin deyib: Türkmənlər Kərkük vilayət şurasının bu vilayətdə Kürdüstan bayrağının dalğalandırılması üzrə qərarına etiraz olaraq, İraqın Mərkəzi Məhkəməsinə də şikayət edəcək. 

İraq parlamentinin digər türkmən millət vəkili Casim Məhəmməd Cəfər də bundan öncə Kərkük vilayətində Kürdüstan bayrağının asılmasına etiraz edərək, bunu, Kərkük vilayətində sabitlik və təhlükəsizliyin pozulmasına şəraitin yaradılması adlandırmışdı. 

Casim Məhəmməd Cəfər Kərkük vilayətini kürd, ərəb və türkmən vətəndaşlar arasında qardaşlıq vilayəti adlandırmış və Kərkük vilayətində Kürdüstan bayrağının dalğalandırılmasını etnik və dini qarşıdurmalara yol açacaq fitnə hesab etmişdi. 

Kərkük vilayət şurası 28 Mart tarixində kürd şura üzvlərinin səyi ilə bu vilayətdəki dövlət binalarının üzərində Kürdüstan bayrağının dalğalandırılması barədə qərar qəbul edib. Ərəb və türkmən şura üzvləri bu qərara etiraz olaraq şuranın iclasını tərk etmişdilər. 

İraq parlamenti də 1 Aprel tarixində bir qərar qəbul edərək, Kərkük vilayətində sadəcə İraq bayrağının dalğalandırıla biləcəyini vurğulamış və Kərkük vilayətində Kürdüstan bayrağının endirilməsini istəmişdi. 

Teqlər