Ali-Səudun Yəməndə törətdiyi cinayətlər qeydə alınıb
-
Ali-Səudun Yəməndə törətdiyi cinayətlər qeydə alınıb
Yəmənin baş prokuroru bildirib: Beynəlxalq məhkəmələrə təqdim etmək üçün Ali-Səudun cinayətləri qeydə alınıb.
Səba Net portalının verdiyi məlumata görə, Yəmənin baş prokuroru Əbdül-Əziz Əl-Bəğdadi Ali-Səud və Amerikanın Yəməndə törətdikləri cinayətlərin qeydə alındığını bildirərək deyib: Məhkəmə qurumları üzərlərinə düşən vəzifəni yerinə yetirməli və təcavüzkarların cinayət dosiyasını beynəlxalq məhkəmələrə təqdim etməlidirlər.
Əl-Bəğdadi deyib: Birləşmiş Millətlər Təşkilatı təcavüzkarların cinayətləri qarşısında susmaqla müasir tarixdə özlərinə utanc gətirmiş olublar.
Sərhədsiz vəkillər təşkilatının sədri Məhəmməd Loqman da məhkəmə işinin təkmilləşdirilməsi üçün Beynəlxalq Cinayət məhkəməsinin təşkil olunduğunu bildirərək deyib: Səudiyyə Ərəbistanı və onun müttəfiqlərinin Yəmənə qarşı cinayətlərinin daxili və xarici məhkəmələrdə qaldırılması zərurət daşıyır.