İŞİD Mosulun qərbində tam mühasirədədir
İraq ordusunun müştərək əməliyyat komandanlığının sözçüsü bildirib ki, İŞİD Mosulun qərbində hər tərəfdən mühasirə edilib və əlində olan məntəqələr ordunun atəşləri altındadır.
Bərasa xəbər agentliyinin məlumatına görə, İraq ordusunun müştərək əməliyyat komandanlığının sözçüsü Yəhya Rəsul bu gün müxbirlər qarşısında deyib: Ordunun və xalq qüvvələrinin gələcək hədəfi, Tələfər və Əlhuvəycə şəhərlərinin azad edilməsidir.
Rəsul əlavə edib: Ordu və xalq qüvvələri Mosulun qərbində yaxşı irəliləyirlər. Lakin onların irəliləyişi ehtiyatlı və dəqiqdir ki, mülkilər İŞİD-çilərin mövqelərinə qarşı hücumda öldürülməsinlər, zira Mosulun qərb məntəqələri izdihamlı məntəqələrdir.
O, sonra deyib: Mosulun əksər qərb məntəqələri azad edilib və ordu hazırda yüngül və yarımyüngül silahlarla tam diqqətlə bu məntəqələrdəki İŞİD üzvlərini hədəfə alır ki, mülkilər ordunun əməliyyatında öldürülməsinlər.
İraq ordusunun müştərək əməliyyat komandanlığının sözçüsü söyləyib: Ordu Tələfərin azad edilməsi əməliyyatına başlamağa hazırdır və İraqın baş naziri və bu ölkənin silahlı qüvvələrinin baş komandanı Heydər Əlibadinin göstərişini gözləyir ki, Əlhuvəycə, Əlqaim və Anə şəhərlərini terrorçulardan azad etsin.