BMT Suriyada terror aktını pisləyib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i265850-bmt_suriyada_terror_aktını_pisləyib
Birləşmiş Millətlər Təşkilatı Suriyanın Hələb vilayətinin qərbində terrorçu hücumu pisləyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 16, 2017 05:35 Asia/Baku
  • BMT Suriyada terror aktını pisləyib
    BMT Suriyada terror aktını pisləyib

Birləşmiş Millətlər Təşkilatı Suriyanın Hələb vilayətinin qərbində terrorçu hücumu pisləyib.

Itartas Xəbər Agentliyinin verdiyi məlumata görə, BMT-nin baş katibinin sözçüsü Stefan Dujarik bir bəyanat yayaraq, Hələbin qərbində Ərraşidin məntəqəsində törədilən terror aktını pisləyib və bu hadisədə həlak olanların ailələrinin kədərini bölüşdüyünü bildirib. 

BMT baş katibinin sözçüsü Hələbdə törədilən terrorçu partlayışın amillərinin müəyyənləşdirilməsi və cəzalandırılmasına təkid edərək deyib: Birləşmiş Millətlər Təşkilatı Suriyada toqquşan tərəflərdən Fuə və Kəfəriya şəhərlərinin boşaldılmasını gözləyənlərin təhlükəsizlik və sağlamlığına təminat vermələrini gözləyir. 

Hələbin Ərraşidiyyə məntəqəsində Fuə və Kəfəriya əhalisini daşıyan avtobus karvanı arasında içərisinə bomba yerləşdirilmiş avtomobilin partladılması nəticəsində ən azı 118 nəfər həlak olub və 224 nəfər yaralanıb. 

Qərb və bəzi region ölkələrinin dəstəklədikləri Əhrarüşşam terror qrupu bu terrorçu hücumun məsuliyyətini öz üzərinə götürüb.