Yəmənlilər Ali-Səudun cinayətlərinə etiraz olaraq aksiya keçiriblər
-
Yəmənlilər Ali-Səudun cinayətlərinə etiraz olaraq aksiya keçiriblər
Minlərlə yəmənli bazar günü paytaxt Sənada aksiya keçirərək, Ali-Səud rejiminin cinayətlərinə etiraz ediblər.
İRNA-nın məlumatına görə, minlərlə yəmənli Yəməndə aksiyaların təşkilatlandırılması komitəsinin çağırışı əsasında keçirilən aksiyada iştirak edərək, ABŞ və Ərəbistanın Yəmənlə bağlı siyasətlərini tənqid edib, Ali-Səud muzdlularının Yəməndən çıxarılmasını istəyiblər.
Yəmənlilər həmçinin, istefada olan prezident Əbdürrəbbə Mənsur Hadinin mühakimə edilməsini tələb edərək, Yəmənə qarşı hücumlarını dayandırması üçün Dünya İctimaiyyətinin Ərəbistana təzyiq göstərməsini istəyiblər.
Ali-Səud rejimi 2015-ci ilin martından Yəmənə qarşı hücumlara başlayıb. Ərəbistanın Yəmənə hücumlarının bəhanəsi Hadi Mənsuru yenidən hakimiyyətə qaytarmaqdır. İndiyə kimi bu hücumlar nəticəsində 12 min nəfər ölüb, on minlərlə insan yaralanıb. Ölkə xarabalığa çevirilib.