Apr 18, 2017 11:42 Asia/Baku
  • İraqlı deputat BMT-ni qınayıb
    İraqlı deputat BMT-ni qınayıb

İraq parlamentinin təhlükəsizlik və müdafiə komissiyasının üzvü Birləşmiş Millətlər Təşkilatını Türkiyənin hərbi qüvvələrinin İraq ərazisindəki fəaliyyətinə laqeyd yanaşmaqda ittiham edib.

İskəndər Vetut dünən Əl-İttica xəbər agentliyi ilə müsahibəsində BMT-nin İraq torpaqlarında Türkiyə qüvvələrinin İraq torpaqlarındakı fəaliyyətinə, eləcə də  Bəhreyn, Suriya və Yəmən olaylarına etinasızlığına toxunaraq rəsmi Bağdaddan Türkiyənin bu hərəkətlərinə qarşı tədbirlər görməsini istəyib. 

İskəndər Vetut Türkiyə və Kürdüstan məntəqəsinin başçısı Məsud Barizaninin rolunu məkirli hesab edərək deyib: Rəsmi Ankara terrorçuları himayə çərçivəsində, İraqın xalq səfərbər qüvvələrinin Neynəva vilayətinin Tələfər şəhərinə daxil olmalarına mane olur. 

Türkiyə 2015-ci ilin axırlarından etibarən İraqın şimalında Neynəva vilayətinin Mosul şəhərinin Bəşiqə bazasında yüzlərlə hərbçisini kürd peşmərgələrə təlimat və terrorçularla mübarizə adı altında yerləşdirmişdir. 

Teqlər