Liviyada hava bazasına raket hücumu
-
Liviyada hava bazasına raket hücumu
Benqazidə yerləşən Liviya ordusu Səbha şəhərinin Tmenhent hava bazasını raket və artileriya ilə hədəfə alıb.
İRNA-nın verdiyi məlumata görə, Liviyanın milli birlik hökumətinin rəyasət şurası bu gün bir bəyanat yayaraq bildirib ki, Benqazidə yerləşən Liviya ordusu qüvvələri ölkənin cənubunda yerləşən bu hava bazasını bir neçə raket və artleriya atəşi ilə hədəfə alıblar.
Artıq iki həftədir rəyasət şurası qüvvələri ilə milli ordu arasında toqquşmaların şahidi olan Temenhent bölgəsi Liviyanın şərq və qərbində fəaliyyət göstərən silahlı koalisiyaların əsas toqquşma istiqamətində yerləşir.
Liviyanın milli birlik hökumətinin baş naziri Faiz Əssirac ölkənin cənubunda toqquşmaların şiddətlənməsinin ardınca beynəlxalq ictimaiyyətin dərhal məsələyə müdaxiləsini istəyib.
Müəmmər Qəzzafi hökumətinin devrilməsi ilə nəticələnən Liviya xalqının 2011-ci il inqilabından bu günədək bu ölkə siyasi de-stabillik və zorakılıqların şahididir.