Onlarla oğurlanmış suriyalı, terrorçuların zindanından azad edilib
Apr 18, 2017 19:25 Asia/Baku
Suriya ordusu Dəməşqin şərqidə Qabun bölgəsində bir əməliyyatda terrorçular tərəfindən oğurlanmış 34 suriya vətəndaşını terrorçuların zindanından azad edib.
İRNA-nın verdiyi məlumata görə, bu əməliyyatda həbsxanada gözətçi duran bir sıra terrorçu öldürülüb və iki nəfər də həbs edilib. Deyilənlərə görə terrorçular bu məhbuslardan qüvvə və hərbi sursat köçürmək üçün lazım olan tunellərin qazdırılmasında istifadə edirmişlər.
Eyni zamanda bəzi Suriya mediyaları bu ölkə ordusunun Homah vilayətinin şimalında irəliləməkdə olduğunu bildiriblər.