Apr 18, 2017 21:01 Asia/Baku
  • Hələb terror aktı qarşısında
    Hələb terror aktı qarşısında "üç meymun"u oynayanlar

Xan Şeyxunda baş vermiş şübhəli hadisənin ardınca dərhal təlatümə gələn Qərb, Hələbdə 100-dən çox uşağın öldürülməsi ilə nəticələnən qanlı terror aktı qarşısında kar, kor və lal olub.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin Siyasi Araşdırmalar və Beynəlxalq Məsələlər İdarəsində  Suriya Sülh Müzakirələri ilə bağlı ekspertlər səviyyəsində iclas təşkil edilib. İran, Türkiyə və Rusiya nümayəndə heyətləri BMT nümayəndəsinin də iştirak etdiyi bu iclasda Suriyada sülhün möhkəmləndirilməsi yollarını araşdırırlar. Hələbdə Fuə və Kəfərya sakinlərinə qarşı qanlı terror aktından 2 günün keçməsinə baxmayaraq, Qərb ölkələri, beynəlxalq dairələr və insan haqları iddiasında olanların sükutu davam edir.

 

Hələb terror aktında yüzdən çox suriyalı uşağın öldürülməsinə baxmayaraq, BMT baş katibi Antonio Quterreş hələ də bu barədə sükutunu pozmayıb. ABŞ prezidentinin də səsi çıxmır. Tam səssizlikdir.

İran bildirir ki, Xan Şeyxun hadisəsinin əksinə olaraq, bu cinayət günün günorta çağı törədilib. Bu cinayəti törədən terrorçular və onları himayə edənlərin kimliyi hamı üçün aydındır. Bəs nə üçün BMT Təhlükəsizlik Şurası fövqəladə iclas təşkil etmir və beynəlxalq dairələr hansısa məsuliyyət hissi daşımırlar?

Elə medialar da üç meymunu oynayırlar: görmürlər, eşitmirlər, danışmırlar.

Nyu-York Universitetinin müəllimi, yazıçı Dr.Çarton Mək Veyn isə deyir: ”Medialar hadisələrin işıqlandırılması üzrə vəzifələrinə əməl etməlidirlər. Bir gözətçi kimi rəftar etməlidirlər. Təəssübkeşlik etməməlidirlər. Onlar həqiqətləri, müxtəlif baxışları və nəticəni insanların diqqətinə çatdırmalıdırlar.”

 

BMT-nin Təhlükəsizlik Şurası bu gün də iclas təşkil edəcək. Amma, Suriya deyil, Şimali Koreya barədə.

 

 

Teqlər