Hələb partlayışında 30-dan çox insan ölüb və yaralanıb
-
Hələb partlayışında 30-dan çox insan ölüb və yaralanıb
Suriyanın Hələb şəhərinin Səlahəddin məhəlləsində baş vermiş bomba partlayışı nəticəsində azı altı nəfər ölüb, 32 nəfər də yaralanıbdır.
IRNA-nın məlumatına görə, suriyalı medialar bu gün bildiriblər ki, bu bomba Suriya döyüşləri qurbanlarından birinin dəfn mərasimi yolunda partlayıb. Bəzi regional medialar bu partlayışı terror hərəkəti adlandırıblar. Bəziləri də bildiriblər ki, bu partlayış suriyalı hərbçilərdən birinin yanındakı partlayıcı maddələrdən mənşə alıb. Hələ bu partlayışın təfərrüatı və qurbanların dəqiq sayı barədə bir statistika yayılmayıb.
Digər xəbərə görə, Əlaləm telekanalı bildirib ki, müqavimət qüvvələri və terror qrupları arasındakı razılaşmaya əsasən, Zubdani və Məzayadan çıxmalı olan silahlı şəxslər bu şəhərlərdən çıxmazdan öncə öz qərargahlarını yandırıblar.
Eyni zamanda, 35 avtobus üç min sərnişinlə İdlibin şimal ətrafındakı Kəfəriyya və Fuə şəhərlərindən Hələbin Raşidəyn məntəqəsinə doğru çıxıb.
11 avtobusun Zubdani şəhərindən çıxması Kəfəriyya və Fuə sakinlərinin Hələbin Raşidəyn məntəqəsinə daxil olmaları ilə yanaşı olubdur.
Suriya altı ildir ki, ABŞ-ın və onun Ərəbistan, Qətər və Türkiyə kimi regional müttəfiqləri tərəfindən himayə olunan İŞİD və Cibhətunnusrə kimi silahlı və terror qruplarının iştirakı səbəbindən bohranla üz-üzədir.