Netanyahu Qəzzə sakinlərini hədələyib
Sionist rejimin baş naziri Qəzzə zolağı sakinlərini "2014-cü ildəkindən daha ağır müharibə" ilə hədələyib.
AsseoşieytedPressin verdiyi məlumata görə, İsrail başçılarının bu rejimin Fələstin müqavimət hərəkatı HƏMAS ilə hər hansı yeni toqquşma barədə xəbərdarlıqlarına baxmayaraq sionist rejim baş naziri Beynyamin Netanyahu dünən gecə bu rejimin parlamentində etdiyi çıxışında deyib: Nəzərdə tutulan seçim Qəzzə zolağına keçmişdəkindən daha güclü hücumlardan ibarətdir.
Ötən Fevral ayında yayılan sionist rejim kabinetinin hesabatında deyilir: 2014-cü ildə Qəzzəyə hücumda İsrail müharibə vaxtı tunellərin təhlükəsi ilə qarşılaşmaq üçün kifayət qədər hazırlığa malik deyildi və nazirlər kabineti də bu müharibə barədə münasib qərarlar qəbul etmək üçün kifayət qədər informasiyaya malik deyildi.
HƏMAS-ın hərbi qolu olan İzzəddin Qəsssam batalyonları 2014-cü il iyul ayında Qəzzəyə qarşı 50 günlük müharibədə sərhəd tunelləri vasitəsi ilə, 1948-ci ildə işğal edilmiş ərazilərdə yerləşən Zikim hərbi bazasına nüfuz edərək böyük bir əməliyyatda çoxlu sayda sionist hərbçini məhv etdi.
Qəzzə müharibəsinin Sionist rejimə qarşı ictimai, iqtisadi və hərbi istiqamətlərdə mənfi təsirləri o qədər böyük idi ki, 50 günlük müharibə sona çatdıqdan sonra bu rejimin nazirlər kabinetində siyasi böhran gücləndi və bir sıra başçılar vəzifələrindən kənarlaşdırıldılar.