Apr 20, 2017 20:04 Asia/Baku
  • BMT TŞ Liviya böhranını araşdırır
    BMT TŞ Liviya böhranını araşdırır

Suriyada terrorçuların kimyəvi silahdan istifadə etməsi və bu zəhərli qazların Liviyadan Suriyaya gətirilməsi mövzusuna laqeyd yanaşan Təhlükəsizlik Şurasının üzvləri Liviyada vətəndaş müharibəsindən "narahatdır".

Suriyanın BMT-dəki səfiri zəhərli qazların Liviyadan Suriyaya köçürülməsi məsələsinə laqeyd yanaşmanı tənqid edib. ABŞ-ın sabiq dövlət katibi Hillari Klintonun da bu faktı etiraf etməsinə rəğmən, BMT-nin Təhlükəsizlik Şurasının son iclasında bu məsələ bir daha diqqətdən kənarda saxlanılıb.

Rusiya xarici işlər naziri Sergey Lavrov isə Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının İdlib hadisəsində passiv mövqedən çıxış etməsinin, bu təşkilatın imici və etibarına xələl gətirdiyini bildirib.

 

Qəddafinin süqut etməsindən 6 il ötür. BMT-nin Təhlükəsizlik Şurası üzvləri isə indi iclas təşkil edərək, Liviyanın vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə olduğunu deyirlər.

6 il öncəyə qədər heç bir silahı olmayan 6 milyon liviyalının əlində indi 20 milyon silah var.

Liviyaya hücum edən və bu ölkənin zəngin neft və qaz yataqlarını ələ keçirən Fransa, Böyük Britaniya və Amerika isə indi başqa söz deyirlər.   

 

Böyük Britaniyanın BMT-dəki daimi nümayəndəsi Mətiyo Rikroft: “Liviya xalqı üçün nəsə etmək lazımdır. Neftləri yağmalanır, özləri isə vətəndaş müharibəsi astanasındadırlar.”

 

Suriyanın BMT-dəki səfiri Bəşşar Cəfərini isə bu məsələ maraqlandırmır. O, Təhlükəsizlik Şurasının Liviydan zəhərli kimyəvi qazların Suriyaya köçürülməsi barədə danışmalı olduğunu, amma, bu barədə sükut etdiyini deyir. Bəşşar Əsədə yaxınlığı ilə seçilən Bəşşar Cəfəri deyir: “Liviya böyük bir kimyəvi qaz anbarıdır. Və İŞİD terrorçuları hələ də bu zəhərli qazları Liviyadan Suriyanın daxilinə göndərməklə məşğuldurlar.”

 

Bəşşar Cəfərinin qənaətinə görə, Liviyadakı zəhərli kimyəvi qazlar İŞİD vasitəsi ilə Suriyaya köçürülür və faktların olmasına rəğmən, media tərəfindən boykot edilir.

 

Teqlər