İki Rusiya tankerinin partlaması xarici amillərlə bağlıdır
https://azeri.sahartv.ir/news/türkiyə-i422388-İki_rusiya_tankerinin_partlaması_xarici_amillərlə_bağlıdır
Türkiyənin nəqliyyat və infrastruktur naziri bəyan edib ki, Qara dənizdə Rusiyanın iki tankerində baş verən partlayış xarici amillərlə bağlıdır.
(last modified 2026-02-16T11:18:11+00:00 )
Noy 29, 2025 13:05 Asia/Baku
  • İki Rusiya tankerinin partlaması xarici amillərlə bağlıdır

Türkiyənin nəqliyyat və infrastruktur naziri bəyan edib ki, Qara dənizdə Rusiyanın iki tankerində baş verən partlayış xarici amillərlə bağlıdır.

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulqadir Uraloğlu Türkiyə mediasına verdiyi açıqlamada bildirib ki, Rusiya tankerləri “Kairos” və “Virat”ın heyət üzvləri yardım və xilasetmə qruplarının tez müdaxiləsi nəticəsində yaxşı vəziyyətdədirlər. O, bu tankerlərdə baş verən partlayışların xarici amillərdən qaynaqlandığını təsdiqləyib.

Türkiyənin nəqliyyat və infrastruktur naziri bu iki tankerdə baş verən partlayışla bağlı əlavə məlumat verməkdən imtina edib.

Rusiya tankerlərində baş verən partlayışın səbəbi ilə bağlı spekulyasiyalar davam edir və mümkün səbəblər arasında mina ilə toqquşma və ya kamikadze dronların hücumuna məruz qalma da qeyd olunur.