Bağdad: Ərdoğan İraqın daxili məsələlərinə müdaxilə etməsin
İraqın Baş Nazirinin ofisi cümə axşamı günü bir bəyanat verərək Türkiyə prezidentinin İraqın xalq səfərbər qüvvələri əleyhinə əsassız açıqlamalarına reaksiya verib və Ankaranın İraqın daxili işlərinə müdaxilə etməməsini istəyib.
Fars Xəbər Agentliyinin məlumatına görə, İraqın baş naziri Heydər əl-İbadinin ofisi bu bəyanatda xatırladıb: Həşdüş-Şəəbi qüvvələri İraqın digər qüvvələrinin kənarında İraqın ərazilərinin İŞİD terror qruplaşmasının işğalından azad edilməsində iştirak edib və önəmli qələbələrə imza atıblar.
Baş Nazirin ofisi İraqın Milli Hakimiyyətə malik olduğunu və bu ölkə konstitusiyasına əsasən, Həşdüş-Şəəbi qüvvələrinin İraq qüvvələrinin tərkib hissəsi olduğunu bildirib: Həşdüş-Şəəbi İraqa və xalqına vəfalıdır və heç bir ölkəyə bağlı deyil.
Heydər əl-İbadinin ofisi bu bəyanatda həmçinin İraqın qonşu ölkələrini bu ölkənin daxili məsələlərinə müdaxilə etməkdən çəkinməyə və region və dünya üçün təhdid olan terrorizmlə mübarizəyə kömək etməyə çağırıb.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə günü terrorçulara dəstək istiqamətində İraqın Həşdüş-Şəəbi qüvvələrini "terror təşkilatı" adlandırıb.
İraq Xarici İşlər Nazirliyi də Türkiyə prezidentinin Həşdüş-Şəəbi əleyhinə açıqlamasına etiraz olaraq bu ölkənin Bağdaddakı səfirini çağırtıdıb və öz etirazını ona elan edib.
İŞİD terror qruplaşması 2014-cü ildə ABŞ və qərbli və ərəb müttəfiqləri, o cümlədən Səudiyyə Ərəbistanı və Türkiyənin maliyyə və hərbi dəstəkləri ilə İraqa hücum edib, bu ölkənin şimal və qərbində böyük əraziləri işğal edib və saysız cinayətlər törədib.
Həmin zamandan indiyə qədər İraq qüvvələri, o cümlədən Həşdüş-Şəəbi qüvvələri işğal olunmuş ərazilərin çox hissəsini azad ediblər.