Bəhreyndə insan haqlarının pozulması davam edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i266616-bəhreyndə_insan_haqlarının_pozulması_davam_edir
Ali-Xəlifə rejimi etirazçılara divantutma siyasətlərinin davamında bu ölkənin insan haqları fəalı Hüseyn Rəzinin Cenevrəyə səfər etməsini əngəlləyibdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 22, 2017 05:46 Asia/Baku
  • Bəhreyndə insan haqlarının pozulması davam edir

Ali-Xəlifə rejimi etirazçılara divantutma siyasətlərinin davamında bu ölkənin insan haqları fəalı Hüseyn Rəzinin Cenevrəyə səfər etməsini əngəlləyibdir.

IRIB xəbər verir: İlk dəfə deyildir ki, Bəhreyn rejiminin başçıları insan haqları müdafiəçilərinin səfərlərini əngəlləyirlər. Belə ki, onlar ötən il onlarla dəfə insan haqları müdafiəçilərinin BMT-nin İnsan Haqları Şurasının iclasında iştirak üçün Cenevrəyə səfərlərini əngəlləyiblər.

Bəhreyn rejiminin başçıları bundan qabaq da Bəhreyn hava limanında bu ölkənin insan haqları fəalı Hadı Əlmusəvinin BMT-nin İnsan Haqları Şurasının iclasında iştirak üzrə Cenevrəyə səfərini əngəlləmişdilər.

BMT-nin İnsan Haqları Şurasının baş komissarı bu şuranın 34-cü Cenevrə iclasında vurğulayıb ki, Bəhreyn rejiminin repressiya siyasəti bu ölkə xalqına qarşı zülmü artıracaqdır.

Bəhreyn 2011-ci ilin fevralından bəri Ali-Xəlifə rejiminə qarşı xalq inqilabı səhnəsidir. Bəhreyn xalqı azadlıq, ədalətin bərqərarı, ayrı-seçkiliyin aradan götürülməsi və seçilmiş bir hökumətin hakimiyyətə gəlməsini istəyir, amma Ali-Xəlifə rejimi etiraz şöləsini söndürmək üçün müxaliflərin bir çoxunu həbs edibdir.