Livanın baş naziri BMT-dən yardım istəyib
Livanın baş naziri BMT-dən istəyibdir ki, sionist rejimin Livana təcavüzünü dayandırmaq üçün kömək etsin.
Russia Əlyəum xəbər agentliyinin məlumatına görə, Livanın baş naziri Səəd Həriri dünən bu ölkənin cənubundan baxış keçirərkən BMT baş katibindən istəyibdir ki, mümkün olan ən tez bir zamanda daimi atəşkəsə nail olmaq üçün kömək etsin.
Livanın baş naziri deyib: Sionist rejimin Livana qarşı ardıcıl təcavüzlərinə son qoymaq üzrə səylər uzun müddətdir, təxirə düşüb və bu ölkə dövləti bu proqramı həyata keçirmək öhdəliyini üzərinə götürüb.
Sionist rejimin və Livan ordusunun zabitləri cümə axşamı günü tərəflərin BMT-nin Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinə sadiqliyi miqdarını araşdırmaq məqsədilə Livanın cənubunda BMT qüvvələrinin komandanı Maykl Berrinin sədrliyi ilə birgə iclas keçirdilər.
Livan ordusu bu iclasda BMT-nin Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin sionist rejim tərəfindən pozulması hallarını təqdim edərək, Təl-Əvivin bu qətnaməyə sadiq qalması vacibliyini vurğulayıb.
Sionist rejim daim BMT-nin Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsini pozaraq, Livan sərhədləri yaxınlığında öz hərbi fəaliyyətlərini davam etdirir.