Apr 23, 2017 10:06 Asia/Baku
  • Əfqanıstan qüvvələrinə qarşı terror hücumunda 138 nəfər həlak olub
    Əfqanıstan qüvvələrinə qarşı terror hücumunda 138 nəfər həlak olub

Əfqanıstan ordusunun Bəlx vilayətinin Məzar Şərif məntəqəsində yerləşən 209 saylı dviziyasının komandan müavini cümə günü bu qüvvələrə qarşı həyata keçirilən terror hücumunda 138 nəfərin həlak olduğunu bildirib.

İRNA-nın məlumatına görə, 209-cu dviziyanın komandan müavini Həssas Şinvari bu terror aktında ən azı 150 nəfərin ölməsi ilə bağlı yayılan xəbərləri təkzib edərək, deyib: Cümə günü həyata keçirilən bu terror aktında 138 nəfər həlak olub, 64 nəfər də yaralanıb.

Silahlı hücumçular cümə günü günortadan sonra partlayıcı maddələrlə dolu bir avtomobil ilə Əfqanıstan ordusunun Məzar Şərifdəki 209-cu dviziyasının yerləşdiyi bazaya hücum ediblər. Daha sonra geniş hücuma keçərək, silahlı toqquşmaya giriblər. 5 saat sürən toqquşmaların ardınca terrorçular məhv edilib.

Deyilənlərə görə, bu hücum əsgərlərin camaat namazı qılmaqla məşğul olduqları zaman həyata keçirilib. Taliban qruplaşması bu hücumun məsuliyyətini üzərinə götürüb və Talibanın sözçülərindən olan Zəbihullah Mücahid bu hücumun Bəğan və Qunduz vilayətlərində ordunun həyata keçirdiyi əməliyyatlar zamanı Talibanın bir qrup yüksək səviyyəli komandanının öldürülməsinə cavab olaraq həyata keçirilib.

Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qəni şənbə günü Məzar Şərifə gedərək, ordu komandanları ilə iclas təşkil edib. O, hadisənin necə baş verməsinin dəqiq formada araşdırılmasını istəyib.

Əfqanıstan prezidenti həmçinin, bir fərman imzalayaraq, bazar gününü ölkədə matəm elan edib.

Teqlər