Ərəbistan kralı və yeni təyinatlar
https://azeri.sahartv.ir/news/qərbi_asia-i266782-Ərəbistan_kralı_və_yeni_təyinatlar
Ərəbistan kralı şənbə günü bir sıra yerli və dövlət rəsmisini o cümlədən bu ölkənin Birləşmiş Ştatlardakı səfirini tutduqları vəzifədən azad və yerlərinə yenilərini təyin edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 23, 2017 08:37 Asia/Baku
  • Ərəbistan kralı və yeni təyinatlar

Ərəbistan kralı şənbə günü bir sıra yerli və dövlət rəsmisini o cümlədən bu ölkənin Birləşmiş Ştatlardakı səfirini tutduqları vəzifədən azad və yerlərinə yenilərini təyin edib.

Ərəbistan medialarına istinadla verilən məlumata görə, Ərəbistan kralı şənbə günü bir fərman imzalayaraq, energetika naziri olan oğlu Xalid bin Salmanı Ərəbistanın Birləşmiş Ştatlardakı səfiri Abdullah bin Feysəl bin Türkinin yerinə səfir olaraq təyin edib. 

Yeni fərmanlara əsasən Əbdüləziz bin Səəd bin Əbdüləziz Hail məntəqəsinin , Hisam bin Səud isə Əl-Bahə məntəqəsinin əmiri təyin edilib. 

Ərəbistan kralı həmçinin, Səud bin Əbdülmöhsün bin Əbdüləzizi özünün xüsusi müşaviri təyin edib. 

Ərəbistan kralı dövlət qulluqçuları və hərbçilər üçün daha öncə ləğv edilən nağd pul mükafatını yenidən bərpa edib. 

Ərəbistanın Maliyyə Nazirliyi də ötən gün böhran komitəsinin iclasını təşkil edərək, büdcə çatışmazlığı üzündən bəzi dövlət layihələrinin icrasının durdurulmasını istəyib.