Ərəbistan büdcə çatışmazlığı üzündən maliyyə böhranı ilə üzləşib
-
Ərəbistan büdcə çatışmazlığı üzündən maliyyə böhranı ilə üzləşib
Ərəbistanın İqtisadiyyat Nazirliyi bu ölkənin cari ilin ilk üç ayında 6.7 milyard dollarlıq büdcə kəsri ilə üzləşməsindən xəbər verib.
İRNA-nın məlumatına görə, Fars körfəzi ətrafında yerləşən Ərəb ölkələrinin iqtisadi durumunu dəyərləndirməklə məşğul lan Ernest Vyunq müəssisəsi bildirib ki, Fars Körfəzi Əməkdaşlıq Şurasının üzvləri öz maliyyə problemlərini və büdcə çatışmazlığını kompensasiya etmək üçün, əlavə dəyər vergisi qanunun icra etməklə illik 25 milyard dollar gəlir əldə etməyi qarşıya məqsəd qoyublar.
Bu məlumata görə, Ərəbistan 2015-ciildə də büdcə çatışmazlığı ilə üzləşmişdi.
Ərəbistanın maliyyə nazirliyi maliyyə problemlərinə görə, böhran komitəsinin təşkil edilməsi və xərclərin azaldılması üçün bəzi layihələrin icrasının durdurulmasından xəbər verib.
Ərəbistanın Suriya və İraqda terrorçuları maliyyələşdirməsi habelə, Yəmən müharibəsinə külli miqdarda vəsaitin xərclənməsi Ərəbistanı ciddi maliyə problemləri ilə üzləşdirib.