İraqın Mosul şəhərinin cənubunda təkfirçilərin hücumu zərərsizləşdirilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i266816-İraqın_mosul_şəhərinin_cənubunda_təkfirçilərin_hücumu_zərərsizləşdirilib
İraq mənbələri Mosulun cənubunda təkfirçilərin hücumunun zərərsizləşdirilməsi və İŞİD-in təlim və tərbiyə üzrə məsul şəxsinin İraqın şimalında, Tələfərdə öldürülməsindən xəbər veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 23, 2017 15:33 Asia/Baku
  • İraqın Mosul şəhərinin cənubunda təkfirçilərin hücumu zərərsizləşdirilib
    İraqın Mosul şəhərinin cənubunda təkfirçilərin hücumu zərərsizləşdirilib

İraq mənbələri Mosulun cənubunda təkfirçilərin hücumunun zərərsizləşdirilməsi və İŞİD-in təlim və tərbiyə üzrə məsul şəxsinin İraqın şimalında, Tələfərdə öldürülməsindən xəbər veriblər.

Nəhreyn informasiya agentliyinin verdiyi məlumata görə, İraqın polis rəisi Raid Şakir Cəvdət deyib: Polis əməkdaşları Mosulun cənubunda, Həmamül-Əlilin şimalında, Ələric məntəqəsində İŞİD terrorçularının hücumunu önləməyi bacarıblar.

İraq polisinin rəisi əlavə edib: İraq polisinin bu gün Mosulun cənubunda həyata keçirdiyi əməliyyatda 4 İŞİD terrorçusu öldürülüb və ətraf kəndlərə və təpələrə doğru qaçan terrorçular təqibə alınıblar.

İraqın Terrorizm ilə Mübarizə İdarəsi də İŞİD-in təlim və tərbiyə idarəsinin başçısı Əli Rza Mahmudun İraq ordusu hava qüvvələrinin Mosulun qərbində yerləşən Tələfərə hücumu zamanı öldürülməsindən xəbər verib.