Terrorizmlə savaşda İranın İraqa köməyi qanun çərçivəsindədir
İraqın xalq səfərbər qüvvələrinin sözçüsü deyib: İranın regiondakı siyasəti tamamilə aydındır və terrorizm əleyhinə müharibədə qanun çərçivəsində İraqa kömək edir.
İRNA-nın məlumatına görə, İraqın Xalq Səfərbər Qüvvələri Həşdüş-Şəəbinin sözçüsü Əhməd əl-Əsədi Türkiyə prezidentinin iddialarına cavabda bildirib: İraq xalq tərəfindən seçkilən qurumlarla demokratik ölkədir və heç kimin bu ölkənin daxili məsələlərində müdaxilə etmək haqqı yoxdur.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan son vaxtlar İraqı və bu ölkənin hakimiyyətini hədəf alıb: İraq parlamenti Həşdüş-Şəəbi qanununu təsdiqləsə də, bu təşkilat terror təşkilatıdır və başqa yerdən dəstəklənir.
Ərdoğanın açıqlaması İraq xalqı, Xarici İşlər Nazirliyi, baş nazirin ofisi və müxtəli iraqlı şəxsiyyət və partiyaların reaksiyasına səbəb olub.
Həşdüş-Şəəbi 2014-cü il iyunda İraq şiələrinin təqlid mərcəyi Ayətullah Əli Sistaninin fitvası əsasında təşkil olundu. Bu ictimai təşkilat ötən üç ildə İraq ordusuna kömək etməklə, eləcə də müstəqil əməliyyat keçirməklə İraqın işğal olunmuş ərazilərinin böyük hissəsini İŞİD terrorçularından xilas edə bilmişdir.