Apr 25, 2017 19:02 Asia/Baku
  • Ali-Xəlifə 36 bəhreynli fəalın vətəndaşlığını ləğv edib

Ali-Xəlifə məhkəməsi 36 bəhreynli fəalın vətəndaşlığını ləğv edərək, onlardan bəziləri barədə ömürlük və ya üç ildən on ilədək həbs cəzası hökmü çıxarıb.

Mehr xəbər agentliyinin məlumatına görə, bəhreynli mənbələr bildiriblər ki, bu bəhreynli fəalın üçü ömürlük, yerdə qalanları isə üç ildən on ilədək həbs cəzasına məhkum edilib.

Ali-Xəlifə məhkəməsinin 36 bəhreynli fəala vurduğu ittiham terrorizmi himayə və silaha malikolma adlandırılan məsələ ilə bağlıdır.

Bəhreynli insan haqları mənbələri də Ali-Xəlifənin bu hökmlərini gülünc hökmlər adlandıraraq, bildiriblər ki, Bəhreyn rejimi, istəkləri, demokratiya və haqlı hüquq olan siyasi fəalları təqib etmək üçün məhkəmə vasitəsindən istifadə edir və dünya ictimaiyyətinin bu barədə susması təəssüf doğurur.

Bəhreyndə insan haqları üzrə bir fəal zindana atılmış 36 bəhreynli fəaldan alınmış etiraflar barədə deyib ki, bu fəalların bəziləri işgəncələr altında etiraflar ediblər və bu etiraflar heç bir reallığa malik deyildir.

Belə bir halda, Bəhreyn insan haqları mərkəzi dünən bildirib ki, Bəhreyn vətəndaşlarını həbsə atmaq və işgəncə etmək beynəlxalq qanunlara ziddir.

Bəhreyn 2011-ci ildən siyasi və təhlükəsizlik böhranının şahididir və indiyədək bu ölkə xalqından minlərlə nəfər Ali-Xəlifə rejiminə etiraz üstündə həbs olunaraq, məhbəs atılıb. Bəhreyn Asiyanın qərbində yerləşən ən kiçik ölkə kimi əhalisinin sayına nisbətən ən çox siyasi məhbusa malikdir.

Teqlər