Suriyada 300 İŞİD-çi öldürülüb
Suriya ordusu Həmah ətrafındakı irəliləyişlərinin davamında 300 İŞİD-çini öldürüb və Cibhətunnusrə və Dəra terror qruplarının mövqelərinin məhv edilməsi də onların bir qrupunun öldürülməsilə nəticələnibdir.
Suriyanın rəsmi SANA xəbər agentliyinin məlumatına görə, Suriya ordusunun Həmah ətrafındakı əməliyyatında çoxlu sayda terrorçu yaralanıb. Terrorçuların 20 avtomobili və iki tankı məhv edilib, onların sursat anbarları da yandırılıbdır.
Dəməşq ətrafında da Suriya ordusu Əlqabun məhəlləsinin şərq istiqamətində öz irəliləyişlərini davam etdirib və Cibhətunnusrə ilə ağır döyüşlər aparmaqdadır. Bu məntəqədə Cibhətunnusrəyə məxsus bir tunel Suriya ordusu tərəfindən məhv edilib və onun içindəki Cibhətunnusrə-nin tabeliyində olan bütün ünsürlər öldürülübdür.
Suriyalı qırıcılar da terror qruplarının Hums vilayətinin şimal-şərqtində yerləşən Əlamiriyyə və Əyn Husəyn kəndləri arasındakı mövqelərini hədəfə alıblar. Bu hava hücumları silahlı qrupların artilleriya ilə Əyn Əldənanir kəndini hədəfə almalarından sonra həyata keçirilib.
Belə bir halda, İŞİD başçılarından olan Əbu Muhəmməd Əltəlavi və İŞİD-lə bağlı terror qruplarının artilleriya məsələləri üzrə məsul şəxsi Təmim Əlcuani Dəranın qərbində yerləşən "Həuz Əlyərmuk" məntəqəsində öldürülüblər.