Apr 26, 2017 08:59 Asia/Baku
  • İraq Türkiyəyə xəbərdarlıq etdi
    İraq Türkiyəyə xəbərdarlıq etdi

İraq Türkiyənin bu ölkənin şimalında kürd sakinli bölgələrə qarşı hava hücumlarını pisləyib və bunun beynəlxalq qanunlara və İraqın suverenliyinə zidd hərəkət olduğunu bildirib.

Əssuməriyyə Nyus telekanalının verdiyi məlumata görə, İraqın baş naziri Heydər əl-İbadi dünən Bağdadda Türkiyənin İraqın şimalına hava hücumlarına münasibət bildirərkən deyib: İraq dövləti bu kimi hərəkətlərin təkrarlanması barədə Türkiyəyə xəbərdarlıq edir. 

İraq hökumətinin sözçüsü Səd əl-Hədisi də dünən deyib: Türkiyənin İraqa hava hücumu İraq və beynəlxalq ictimaiyyətin terrorizm ilə mübarizə səylərinə mənfi təsir buraxır. 

İraqın XİN-i də Türkiyənin bu ölkənin şimalına hücumunun beynəlxalq öhdəliklərin açıq-aşkar pozulması olduğunu bildirib. 

İraq XİN-i beynəlxalq ictimaiyyətdən Türkiyənin təcavüzü qarşısında qətiyyətli mövqe bildirməsini tələb edərək, İraqın qanuni və diplomatik yollarla Türkiyənin təcavüzünu pisləməyə və bu kimi hücumların təkrarlanmayacağına təzminat almağa səy göstərəcəyini vurğulayıb. 

Türkiyə ordusu bazar ertəsi gecə və dünən səhər İraqın şimalında Səncar bölgəsində PKK-nın mövqelərini hədəfə alıb, bu hücumda 5 kürd peşmərgə və bir polis ölüb. 

Türkiyə Suriyada kürdlərin mövqelərinə də hücum edib və bu hücumda da bir neçə suriyalı kürd ölüb.

Teqlər