Bəhreyndə məhbuslarla həmrəylik aksiyası
-
Bəhreyndə məhbuslarla həmrəylik aksiyası
Bəhreyn xalqına qarşı repressiyaların güclənməsi və Ali-Xəlifə ərejiminin onlarla siyasi fəalın vətəndaşlığını ləğv etməsinin ardınca bu ölkə xalqı məhbuslarla həmrəylik nümayişi olaraq aksiya keçirib.
Fars informasiya agentliyinin verdiyi məlumata görə, Bəhreyn xalqı dünən axşam Ənnəvidərat, Əlbiladil-Qədim, Əbu Səbi, Əşşaxorə və Əddiyə bölgələrində aksiya keçirərək siyasi məhbuslarla həmrəylik nümayiş etdirib və inqilabın hədəflərinin reallaşmasınadək Ali-Xəlifə rejiminə qarşı mübarizənin davam edəcəyini vurğulayıb.
Bəhreyn məhkəməsi dünən ölkənin onlarla siyasi və hüquqi fəalının vətəndaşlığını ləğv edib və onlara qarşı 3-10 il müddətində həbs qərarı çıxarıb.
Bəhreynin baş prokurorluğu son günlərdə Bəhreynin məşhur ruhanisi şeyx İsa Qasimə hökmun oxunması günü yaxınlaşdıqca bir sıra siyasi və hüquqi fəalları məhkəməyə çağırtdırıb.
Bəhreyn dövləti 2017-ci il 15 martda İsa Qasimə qarşı hökm oxuyacaqdı amma ümumi fikrin təzyiqləri nəticəsində geri oturmalı oldu və bu ruhaninin mühakiməsi mayın 7-nə təxirə salındı.
Bəhreyn 2011-ci ildən siyasi və təhlükəsizlik böhranla üz-üzədir və indiyədək minlərlə Bəhreyn vətəndaşı Ali-Xəlifə rejimi tərəfindən həbs edilib.