Apr 27, 2017 10:13 Asia/Baku
  • Suriyanın Homs vilayətində yerləşən neft ilə zəngin Şair məntəqəsi azad edildi
    Suriyanın Homs vilayətində yerləşən neft ilə zəngin Şair məntəqəsi azad edildi

Suriya ordusu və müqavimət qüvvələri Homs vilayətində yerləşən Şair neft yatağını, Təl-Səvanə məntəqəsini habelə, tarixi Palmira şəhərinin cənubunda Əbtər dağlıq ərazisində böyük bir ərazini terrorçuların işğalından azad edib.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, Suriya ordusu və müqavimət qüvvələri çərşənbə günü Şair neft yatağını İŞİD terrorçularının işğalından azad etməyi bacarıblar. 

Neft quyuları və qaz şirkətinin  yerləşdiyi strateji əhəmiyyətli Şair məntəqəsi bir il öncə İŞİD terrorçuları tərəfindən işğal edilmişdi. Bu məntəqə iqtisadi baxımdan Dəməşq üçün böyük əhəmiyyət kəsb edir. 

Suriya ordusu və müqavimət qüvvələri ötən Mart ayının ikisində tarixi Palmira şəhərini 3 ay davam edən işğalın ardınca, terrorçulardan təmizləyərək, öz nəzarətləri altına almağı bacarmışdılar. 

Bu arada terrorçular Dəməşqin Əburəmanə məntəqəsini bir ədəd minaatan mərmisi ilə hədəfə alaraq, 2 nəfərin ölməsinə və bir nəfərin də  yaralanmasına səbəb olublar. 

Bu mina mərmisi Əburəmanə məntəqəsində yerləşən Qətər səfirliyinin yaxınlığına düşərək, ətrafda yerləşən binalara və avtomobillərə də zərər və ziyanlar vurub. 

Terrorçular son olaraq 17 Apreldə Dəməşqin Ətticarə məhəlləsini minaatanla hədəfə almışdılar. Bu hüucmda 12 suriyalı o cümlədən bir uşaq yaralanmış, ətrafday erləşən binalara, avtomobillərə və ümumi əmlaka ziyanlar dəymişdi. 

Ənnüsrə Cəbhəsi, Ceyşül-İslam və Filqül-Rəhman terror qruplaşmaları təqribən hər gün Dəməşqi minaatanlarla hədəfə alırlar. 

Teqlər