Apr 27, 2017 17:55 Asia/Baku
  • İraqın Daxili İşlər Nazirliyi: Mosulun 83%-i azad edilib
    İraqın Daxili İşlər Nazirliyi: Mosulun 83%-i azad edilib

İraqın Daxili İşlər Nazirliyinin sözçüsü Mosul şəhərinin şərq hissəsinin tam şəkildə və qərb hissəsinin 60%-nin azad edilməsi ilə ümumilikdə şəhərin 83%-nin İŞİD-in işğalından azad edildiyini bildirib.

İRİB-nin verdiyi məlumata görə, İraq Daxili İşlər Nazirliyinin sözçüsü Səəd Məən bu gün Mosulun qərbində yerləşən Əlhəsər məntəqəsindəki kəndlərin böyük əksəriyyətinin azad edilməsinə işarə edib və deyib: Birtə Əməliyyat Qərargahı hər bir məhəllənin azad edilməsi üçün zaman cədvəli müəyyən edib. Amma, terrorçuların sivil əhali arasında gizlənməsi kimi məsələlər Mosulun azad edilməsi əməliyyatını mürəkkəbləşdirib və bu da əməliyyatın sürətini azaldır. 

Məən İraq silahlı qüvvələrinin sivil əhalinin təhlükəsizliyinin təmin edilməsi üzrə ciddi və dəqiq proqrama malik olduqlarını bildirib və deyib: İraqın Daxili İşlər Nazirliyi ifratçıların sivil əhalinin xüsusi ilə də gənclərin düşüncələrini zəhərləmələrini önləmək üçün də xüsusi tədbirlər həyata keçirir. 

Bu İraq rəsmisi terrorçuların İraq və Suriyada ardıcıl şəkildə məğlubiyyət ilə üzləşmələrinin İŞİD başçıları arasında çaşqınlıq yaratdığına işarə edib və deyib: Terrorçuların dəstə başçıları artıq aldıqları zərbələrdən yeni terror hücumlarını planlaşdırmaq bacarığını itiriblər. Və bundan sonra İraqda Əbubəkr Əlbəğdadi kimi terrorçu dəstə başçısı var olmayacaq. 

Mosulun azad edilməsi əməliyyatı 17 Oktyabr 2016-cı il tarixində İraqın baş naziri Heydər İbadinin göstərişi ilə başlanıb. 

Teqlər