Ərəbistanda etirazlar geniş miqyas almaqdadır
https://azeri.sahartv.ir/news/qərbi_asia-i267354-Ərəbistanda_etirazlar_geniş_miqyas_almaqdadır
Ərəbistan xalqı bu ölkədə işsizliyin artmasına etiraz olaraq, aprelin 30-da aksiya keçirəcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 28, 2017 05:42 Asia/Baku
  • Ərəbistanda etirazlar geniş miqyas almaqdadır

Ərəbistan xalqı bu ölkədə işsizliyin artmasına etiraz olaraq, aprelin 30-da aksiya keçirəcək.

Əlyəum Əlsabə xəbər portalının məlumatına görə, əksər hissəsi işsiz olan ərəbistanlı gənclər dünən twitter-də bu ölkə xalqını aprelin 30-da keçiriləcək aksiyada iştiraka səsləyib. Həmin aksiya "30 aprel işsizlər toplantısı" adı altında keçiriləcək.

Aprelin 21-də də Ərəbistan xalqı oxşar aksiyada iştiraka dəvət olunmuşdu. Bu çağırışlar səud hökmranlarının qorxusuna və təhlükəsizlik qüvvələrinin Ərriyad küçələrindəki iştirakının artmasına səbəb olubdur.

Ərəbistandakı iqtisadi böhran bu ölkədə işsizliyin artmasına və bu ölkə dövlətinin nigarançılığına səbəb olubdur.

Amerikalı "Beynşteyn" müəssisəsi son zamanlar bildirmişdi ki, Ərəbistan 2016-cı ildə 79 milyard dollardan yuxarı büdcə çatışmazlığı ilə üzləşibdir.

Ərəbistan iqtisadiyyatının hazırkı durumu Ali-Səudun Yəməndə çəkdiyi müharibə xərcləri, Suriya və İraqda muzdlu terrorçuların muzdlarının ödənilməsi, səud şahzadələrinin astronomik əyyaşlıq xərcləri və Ərəbistanın regiondakı hücum siyasətlərinin uğursuz qalmasından sonra Ərriyadın Rusiya, İraq və İran daxil olmaqla müstəqil və rəqib oyunçulara zərbə vurmaq üçün neft silahından istifadə etməsindən irəli gəlir.