Bəhreyn xalqının Şeyx İsa Qasimə dəstəyi davam edir
Şeyx İsa Qasimə hökmün oxunması gününün yaxınlaşması ilə Bəhreyn xalqı piket və aksiyalar keçirərək, bu görkəmli din xadimini himayə etməkdə davam edir.
Fars xəbər agentliyinin məlumatına görə, bəhreynli aksiyaçılar dünən axşamçağı bir daha Şeyx İsa Qasimin Əldiraz məntəqəsindəki mənzili önündə Ali-Xəlifə rejiminin repressiv və ayrı-seçkilik hərəkətlərinə qarşı öz etirazlarını bildiriblər.
Bəhreyn xalqı Əlməamir, Əlcəfir və Əlbiladilqədim qəsəbələrində Şeyx İsa Qasimə və həbs edilmiş digər siyasi fəallara dəstək vermək üçün küçələrə çıxıbdır. Ali-Xəlifənin xəfiyyə qüvvələri "Kərbabad" məntəqəsində Şeyx Əbduzzəhra Əl-Kərbabadini və onun həyat yoldaşını həbs ediblər.
Şeyx İsa Qasimin məhkəmə iclası mayın 7-də keçirilməlidir. Bəhreyn hökumətinin Şeyx İsa Qasimin vətəndaşlığını ləğv etdiyi təqribən on ay bundan öncədən bəri bu ölkə xalqı rejimin bu hərəkətnə etiraz olaraq, Şeyx İsa Qasimin Əldiraz məntəqəsindəki mənzili önündə piket keçirir.
Bəhreyn hökuməti 2017-ci il martın 15-də puç pulyuma ittihamı ilə Şeyx İsa Qasim barədə hökm çıxarmalı idi. Amma bu ölkənin ümumi fikri tərəfindən təzyiq altında qoyulmaqla geri çəkilməyə və onun mühakiməsini may ayına təxirə salmağa məcbur oldu.
Bəhreyn 2011-ci ildən siyasi və təhlükəsizlik böhranının şahididir. Bu ölkə xalqı azadlıq, ədalətin bərqərarı, ayrı-seçkiliyin aradan götürülməsi və seçilmiş bir hökumətin hakimiyyətə gəlməsini istəyir. Lakin Ali-Xəlifə rejimi etiraz alovlarını söndürmək üçün çoxlu sayda müxalifi həbs edibdir.