Bəhreyndə insan haqlarının pozulması qarşısında susduqlarına görə, İngiltərə və ABŞ tənqid olunub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i267394-bəhreyndə_insan_haqlarının_pozulması_qarşısında_susduqlarına_görə_İngiltərə_və_abŞ_tənqid_olunub
Human Rights Watch təşkilatı İngiltərə və ABŞ dövlətlərinin Bəhreyndə insan haqlarının pozulması qarşısında susmalarını utancgətirici məsələ adlandırıb.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Apr 28, 2017 14:41 Asia/Baku
  • Bəhreyndə insan haqlarının pozulması qarşısında susduqlarına görə, İngiltərə və ABŞ tənqid olunub

Human Rights Watch təşkilatı İngiltərə və ABŞ dövlətlərinin Bəhreyndə insan haqlarının pozulması qarşısında susmalarını utancgətirici məsələ adlandırıb.

IRIB-nin məlumatına görə, Human Rights Watch təşkilatında Yaxın Şərq şöbəsinin müdir müavini bir bəyanatda bildirib: Amerika dövləti vurğulayıbdır ki, Bəhreyndə insan haqları durumunun qarışıq olmasına rəğmən, bu ölkəyə F-16 qırıcılarının satışı üzrə proqramlaşdırma aparır.

Stork-un sözlərinə görə, Bəhreynin digər əsas müttəfiqi olan İngiltərə də Ali-Xəlifə məhbəslərindəki bəhreynli fəalların azadlığı üçün səy göstərməyibdir.

Human Rights Watch təşkilatının bu rəsmisi vurğulayıb ki, İngiltərə və ABŞ dövlətlərinin Bəhreyndə insan haqlarının pozulması qarşısında susmaları utancgətirici məsələdir.

Bəhreyn 2011-ci ildən siyasi və təhlükəsizlik böhranının şahididir və indiyədək bu ölkə xalqından minlərlə nəfər Ali-Xəlifə rejiminə etiraz üstündə həbs olunaraq, məhbəsə atılıb.

2016-cı ilin iyunundan bəri Bəhreyndə onlarla insan haqları fəalına və siyasi fəala səfər etmək qadağan və onlarla nəfər də vətəndaşlıqdan məhrum edilibdir.