Mosulda onlarla terrorçu öldürülüb
İraq Federal Polisi PUA-dan istiadə edərək, Mosulda, Hüdəba minarəsi yaxınlığında İŞİD terrorçularının mövqelərinə raket zərbələri endirib. Bu əməliyyatda onlarla terrorçu öldürülüb.
Əl-Aləm kanalının verdiyi məlumata görə, İraq Federal Polisinin rəisi Raid Şakir Cövdət deyib: İraq Federal Polisinin qüvvələri Mosulda "Nuri" məscidinə tərəf irəliləyişin davamında Əl-Hədidə minarəsi yaxınlığında İŞİD terrorçularının mövqelərini hədəfə alıb. Bu hücumda 30 terrorçu öldürülüb, 12 tank və terrorçuların sığınacaqları məhv edilib.
İraqın bir təhlükəsizlik rəsmisi də Mosulun Şurə məntəqəsində yerləşən bir binada quraşdırılmış bombanın partlaması nəticəsində Həşdüşşəbi qüvvələrindən 3-ü yaralanıb.
İraqda yezidi kürdləri məsələləri üzrə məsul şəxs olan Xiri Buzani İraqın təhlükəsizlik qüvvələri tərəfindən İŞİD-in əsirliyindən xilas edilən 36 yezidi kürdün 27-nin uşaq olduğunu bildirib.
17 Oktyabr 2016-cı ildə Mosulun azad edilməsi əməliyyatının başlanmasından bəri 2900 yezidi kürdü İŞİD-in əsirliyindən azad edilib.