Apr 30, 2017 12:10 Asia/Baku
  • İŞİD Suriyada minlərlə nəfəri edam edib
    İŞİD Suriyada minlərlə nəfəri edam edib

Suriya İnsan Haqları Nəzarətçisi ötən 34 ay ərzində İŞİD terror qruplaşmasının Suriyada gedən savaşda 4000-dən çox suriyalını edam etməsindən xəbər verib.

Livanın Əlməyadin informasiya kanalının verdiyi məlumata görə, qərargahı Londonda yerləşən Suriya İnsan Haqları Nəzarətçisi Mərkəzi İŞİD terror qruplaşmasının sadəcə mart ayında Rəqqə, Hələb, Deyərzzur, Homs və Həsəkə vilayətlərində 64 nəfəri edam etdiyini bildirib. 

Bu məlumata görə, İŞİD terror qruplaşması Suriyada 34 ay ərzində 2577 mülkini o cümlədən 87 uşaq və 134 qadını baş nahiyəsindən güllə ilə vurulmaq, daşqalaq edilmək, yüksəklikdən atılmaq və diri-diri odda yandırmaq üsullarından istifadə edərək, qətlə yetirib.

İŞİD terror qruplaşması həmçinin, bu qruplaşmanın 510 üzvünü döyüş meydanından qaçmaq və bu qruplaşmanı tərk etməyə cəhd göstərmək ittihamı ilə edam edib. Digər qruplaşmalara üzv 346 terrorçunu da terrorçu qruplaşalar arasında gedən hesablaşmalar zamanı qətlə yetirib. 

Terrorçuların Suriyada ardıcıl şəkildə uğursuzluğa uğraması və Suriya ordusunun davamlı qələbələri terrorçu dəstə başçıları arasında ixtilafları artırıb. 

Teqlər