İŞİD-in İraq və Suriya sərhədlərində növbəti cinayəti
https://azeri.sahartv.ir/news/qərbi_asia-i267770-İŞİd_in_İraq_və_suriya_sərhədlərində_növbəti_cinayəti
Terrorçu İŞİD qrupu bu gün səhər çağı İraqın Neynəva vilayətinin qərbindən olan didərginləri Suriya sərhədlərinə doğru qaçarkən İslibi keçidində qətlə yetirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 02, 2017 12:32 Asia/Baku
  • İŞİD-in İraq və Suriya sərhədlərində növbəti cinayəti
    İŞİD-in İraq və Suriya sərhədlərində növbəti cinayəti

Terrorçu İŞİD qrupu bu gün səhər çağı İraqın Neynəva vilayətinin qərbindən olan didərginləri Suriya sərhədlərinə doğru qaçarkən İslibi keçidində qətlə yetirib.

İRNA-nın verdiyi məlumata görə, İraq parlamentinin təhlükəsizlik və müdafiə komisiyasının üzvü Nayif Əşşimri bir bəyanatda bu xəbəri verərək İraq dövlətindən Suriya ərazisindəki didərginlərin İraqa köçürülməsi və onların əzab-əziyyətlərinin azaldılması üçün lazımı tədbirlər görməsini istəyib. 

İraqın Nina xəbər agentliyi də iraqlı mənbələrə istinadla bildirib ki, terrorçu İŞİD qrupu Mosulun şimalında Əl-Mühəndisin məhəlləsində bir ibtidayi məktəbi raketlə hədəfə alaraq 5 nəfəri qətlə yetirib ölənlərdən 3-ü məktəblidir. 

İŞİD terrorçuları şimal vilayətlərdə İraq qüvvələri qarşısında ardıcıl məğlubiyyətlərdən sonra İraqın müxtəlif şəhərlərində mülki əhalinin qırğın edilməsini şiddətləndiriblər.