NATO İŞİD terrorçularını silahlandırır
May 04, 2017 10:58 Asia/Baku
Suriyanın demokratik qüvvələri Riqqə vilayətinin Təbəqə şəhərinin azad edilməsi əməliyyatında İŞİD-in ixtiyarında olan NATO silahlarının aşkarlanaraq, müsadirə olunmasından xəbər veriblər.
Sputnik xəbər agentliyinin məlumatına görə, Suriyanın demokratik qüvvələri dünən Riqqə vilayətinin Təbəqə şəhərinin təqribən 80 faizini azad ediblər.
Təbəqə şəhəri Suriyada İŞİD terrorçularının əsas mərkəzi sayılan Riqqənin qərbindən 55 kilometr aralıda, strateji bir istiqamətdə yerləşir.
Bundan öncə də Hələb şəhərinin şərq hissəsi daxil olmaqla Suriyanın müxtəlif məntəqələrinin azad edilməsi gedişində Qərb ölkələrinin istehsalı olan silah və sursatlardan ibarət cəbbəxanalar aşkar edilmişdi.