May 04, 2017 11:20 Asia/Baku
  • Suriya müzakirələrinin ikinci günü başlanıb
    Suriya müzakirələrinin ikinci günü başlanıb

Suriya müzakirələrinin ikinci günü bu gün səhər İran, Rusiya və Türkiyə nümayəndələrinin iştirakı ilə Qazaxıstanın paytaxtı Astanada başlanıb.

IRIB-nin məlumatına görə, bu iclasda regionun son mühüm olayları, atəşkəsin bərqərarı, Suriya böhranının həlli və müharibəyə son qoyulması kimi məsələlər nəzərdən keçirilməlidir.

Bu iclas bağlı qapılar arxasında və jurnalistlərin iştirakı olmadan keçirilir.

4-cü beynəlxalq Suriya sülh müzakirələri çərşənbə günü Astanada işə başlayıb və bu gün başa çatacaqdır.

4-cü beynəlxalq Suriya sülh müzakirələrinin birinci günü silahlı müxaliflərin sabotajı ilə üzləşibdir.

Müxalif qruplar iclası tərk edərək, hərbi əməliyyatların dayandırılması və məhbusların azad edilmələrini istəyiblər. Onlar Fuə və Kəfəriyya sakinlərinin Hələbin Raşidin məntəqəsində qətli-am edilmələrinə işarə etmədən Suriya hökumətinin kimyəvi silahlardan istifadə etməsi barədə öz puç ittihamlarını təkrar olaraq irəli sürüblər.

İndiyədək bu qəbildən üç mərhələdə yüksək səviyyəli iclas Astanada, iki ekspert iclası da Tehran və Astanada keçirilibdir.

Bu iclas İran İslam Respublikasının təşəbbüsü, eləcə də Rusiya və Türkiyənin əməkdaşlıqları və Suriyada sülhün bərqərarı hədəfi ilə keçirilibdir.

BMT baş katibinin Suriya məsələləri üzrə nümayəndəsi Stefan Di Mistura mövcud gərginliklərdən təəssüf ifadə edərək, bütün tərəflərdən istəyibdir ki, çəkişmələrin aradan qaldırılması və müzakirələrin uğursuz qalmasının qarşısını almaq üçün daha artıq səy göstərsinlər.

Teqlər