May 04, 2017 11:43 Asia/Baku
  • Ramullahda geniş aksiya
    Ramullahda geniş aksiya

Minlərlə fələstinli sionist rejimin fələstinlilərlə zorakı rəftarlarına etiraz olaraq Ramullahda geniş aksiya keçirib.

Frans-Press-in məlumatına görə, fələstinli aksiyaçılar dünən gecə qeyri-məhdud aclıq aksiyası keçirən fələstinli əsirlərlə həmrəylik istiqamətində "Azadlıq, Azadlıq!" şüarı ilə sionist rejimin bu rejim məhbəslərindəki cinayətlərini pisləyiblər.

Bundan öncə ömrünün on beş ilindən çoxunu İsrail rejiminin məhbəslərində keçirmiş Mahmud Əlziyadə deyib ki, əsir ailələrinin öz övladlarından əsla xəbərləri yoxdur və onlar daimi nigarançılıq içindədirlər.

Sionist rejimin zindan başçıları "təhlükəsizlik dəlilləri" adlandırdıqları məsələyə görə, fələstinli qadın- Hind Əfanəyə də iki məhbus övladı ilə görüşmək icazəsi verilməyiblər.

Aclıq keçirən fələstinli əsirlərin başçısı Mərvan Əlbərğusi dünən bir müraciətdə sionist rejimin məhbusları susdura bilməyəcəyini vurğulayaraq, bildirib ki, onlar aclıq aksiyasını davam etdirəcəklər.

Fələstinli əsrilər sionist rejimin rasist siyasət və rəftarlarına etiraz olaraq aprelin 17-dən "Azadlıq və ləyaqət!" şüarı ilə öz aclıq aksiyalarına başlayıblar.

Fələstinli əsrilərin aclıq aksiyası bir çox dünya ölkələri xalqlarının himayəsilə üzləşibdir.

Beynəlxalq təşkilatlar da sionist rejimdən istəyiblər ki, fələstinli əsrilərin haqlı tələblərinə cavab versinlər, amma bu rejim həmin tələblərə məhəl qoymadan fələstinli əsirləri yatırmaqda davam edir.

Teqlər